Prezident “Xəzər Neft və Qaz-2017” sərgi-konfransının açılışında iştirak edib
Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakı Sərgi Mərkəzində XXIV Beynəlxalq “Xəzər Neft və Qaz-2017” sərgi və konfransının, həmçinin VII Xəzər Beynəlxalq energetika və alternativ enerji sərgisinin açılışında iştirak ediblər.
APA TV xəbər verir ki, XXIV Beynəlxalq “Xəzər Neft və Qaz-2017” sərgi və konfransında “ITE Group Plc” şirkətinin xüsusi məsləhətçisi Endryu Vud çıxış edib.
Prezident İlham Əliyev tədbirdə nitq söyləyib.
ABŞ dövlət katibinin köməkçisinin müavini xanım Robin Danniqan Birləşmiş Ştatların prezidenti Donald Trampın təbrik məktubunu oxuyub.
Sonra Avropa İttifaqının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviçin videomüraciəti təqdim olunub.
Çıxışlardan sonra Prezident İlham Əliyev sərgilərlə tanış olub.
OXŞAR XƏBƏRLƏR
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi