Goranboyda iki nəfəri ilan sancdı
Goranboyda bir gündə iki nəfəri ilan sancıb. APA TV-nin qərb bürosunun məlumatına görə, Veyisli kənd sakini 29 yaşlı Zalid Hüseynov sol əlin ilan sancması xəsarəti ilə rayon Mərkəzi xəstəxanaya yerləşdirilib.
Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir: "Getdim tut yığmağa. Çıxmağa budaq yox idi. Keçdim ağacın arxasına. Çürük budaq var idi. Əlimi atdım tutum. İçində ilan var idi, vurdu. Qan axmağa başladı. Yanımda maşın var idi, tez gəldik xəstəxanaya".
Rayonun Qarapirimli kənd sakini, 58 yaşlı Əmiraslan Ağayev isə sol daban nahiyəsinin ilan sancması xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. Ə.Ağayevin dediyinə görə, sahəni suvaran zaman ilan onu sancıb: "Saat 4-də öz sahəmdə arpa sulayırdım. Arpanın içində hərləndiyim yerdə gördüm arxa tərəfdən ayağıma bir tikan batdı. Baxdım ki, çəkmənin üstündən ilan sancıb. Çəkməni çıxaranda gördüm qan axır. Tez geyinib sahədən çıxdım".
Hər iki şəxs Goranboy rayon xəstəxanasına çatdırılıb. Onlara ilan zəhəri əleyhinə tibbi yardım göstərilib. Tibb ocağından verilən məlumata görə, son günlər rayonda ilanvurma halları artıb: "Əhalinin kənd təsərrüfatı ilə məşğul olma sezonu olduğu üçün, onların sahələrdə ilanlarla kontaktda olma halları artıb. Son bir neçə gündə 6 nəfər ilanvurma əlaməti ilə xəstəxanaya müraciət edib. Onlar müxtəlif ağırlıqda olublar. Hər bir xəsarət alana ilan zəhəri əleyhinə zərdablar vurulub".
Həkimlər vətəndaşları diqqətli olmağa çağırıb. Bildirilir ki, əgər ilan sancma halı olarsa, dərhal xəstəxanaya müraciət olunmalıdır.
OXŞAR XƏBƏRLƏR
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi