NATO müttəfiqləri Ərdoğanın təklifini rədd etdi

Ərdoğanın təklifinə bəzi NATO ölkələrindən rədd cavabı gəlib.

 

APA TV-nin "Die Welt" qəzetinə istinadən məlumatına görə, Türkiyə prezidenti növbəti NATO zirvəsinin İstanbulda keçirilməsini təklif edib.

 

Ərdoğanın Polşanın paytaxtı Varşavada keçirilən zirvə görüşündə etdiyi dəvətə Almaniya, Fransa, Hollandiya, Danimarka kimi ölkələr tərəfindən razılıq verilməyib.

 

NATO mənbələrindən "Türkiyənin beynəlxalq aləmdəki etibarını artırmaq və NATO-nun Türkiyənin daxili siyasətinə dəstək verdiyi görüntüsünü yaratmaq istəmirik" deyə qeyd etdiyi bildirilir.

 

Xəbərdə NATO daxilində rəsmi qərar alınmasa da zirvənin keçirilməsi üçün əvvəlcə planlanan şəhərin də İstanbul olduğu, ancaq bu fikirdən daha sonra vaz keçildiyi yazılır.

 

Zirvənin Türkiyədə keçirilməsini istəməyən ölkələr Belçikanın paytaxtı Brüsseli təklif edib. Təklif Kanada və 18 Qərbi Avropa ölkəsi tərəfindən dəstəklənib. Belçika 2018-ci ildə zirvə görüşünə ev sahibliyi etməyə hazır olduğunu bildirib.

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR