Mariya Zaxarova: "Azərbaycanla münasibətlər Rusiya üçün dəyərlidir"

"Azərbaycan və İranla münasibətlər Rusiya üçün dəyərlidir".

 

APA TV-nin məlumatına görə, bu fikirləri keçirdiyi ənənəvi brifinqində Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

 

O qeyd edib ki, adı çəkilən ölkələrlə əlaqələr getdikcə daha da inkişaf edir: "Bizim əlaqələrimiz getdikcə inkişaf edir və bu kontekstdə istənilən müsbət və ya mənfi təsirlər bu münasibətlərə xələl gətirməməlidir.  Bu ölkələrlə münasibətlər Rusiya üçün öz-özlüyündə dəyərlidir".

 

Brifinq jurnalistlərin sualları ilə davam edib.

 

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR