İyunun ilk günündə hava necə olacaq? - PROQNOZ

İyunun 1-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir.

 

ETSN-dən APA TV-yə verilən məlumata görə, şimşək çaxacağı ehtimalı var. Arabir əsən şimal-qərb küləyi güclənəcək.


Havanın temperaturu gecə 15-18 dərəcə isti, gündüz 20-25 dərəcə isti, Bakıda gecə 16-18 dərəcə isti, gündüz 23-25 dərəcə isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 14-19 dərəcə isti, gündüz 23-28 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə isti, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.   

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR