Kabildə Prezident Sarayı önündə dəhşətli partlayış: 50 ölü, 150 yaralı
Əfqanıstanın paytaxtı Kabil şəhərində partlayış törədilib.
APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Prezident Sarayı və diplomatik nümayəndəliklərin yerləşdiyi ərazinin yaxınlığında törədilən partlayış nəticəsində ilkin məlumata görə, 50 nəfər ölüb, 150 insan yaralanıb.
Ölkənin Səhiyyə Nazirliyindən ölü və yaralı sayının artacağı istisna olunmur. Partlayış nəticəsində ətrafdakı binalar və 30 avtomobil yararsız hala düşüb.
Hüquq-mühafizə orqanların məlumatına görə, avtomobilin içərisində olan partlayıcı qurğu Almaniya, Hindistan və Yaponiya səfirliklərinin yanında işə salınıb. Partlayış nəticəsində Çinin Sinxua Xəbər Agentliyinin Kabildəki bürosunun binasına da ziyan dəyib.
OXŞAR XƏBƏRLƏR
17:40
441
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
14:05
486
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
17:52
1240
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
15:07
1098
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
14:42
1055
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
11:32
589