Neft 52 dollar həddini keçə bilmir

Dünyanın aparıcı iqtisadiyyatlarında böyümə əlamətləri müşahidə olunsa da, bu amil neftin qiymətinə pozitiv təsir etməyib.

 

APA TV-nin xəbərinə görə, birjalar iqtisadi inkişaf indekslərinə deyil, OPEK sövdələşməsinə və ABŞ-ın strateji neft ehtiyatlarını satışa çıxarmaq niyyətinə köklənib. Bu səbəbdən neftin qiyməti 51-52 dollar aralığında tərəddüd edir.

 

Birjaların səhər seanslarında “Brent” markalı neftin minimal qiyməti 51,71 dollar olub, sonrakı ticarət seanslarında neft cəmi 18 sent dəyər qazana bilib. Qərbi Texas neftinin qiyməti də 49,13 dollar səviyyəsinə endikdən sonra 16 sent bahalaşıb.

 

ABŞ Energetika Nazirliyi bu gün ölkənin kommersiya neft ehtiyatlarının həcminə dair hesabatı açıqlayacaq. Proqnozlara görə, ehtiyatların həcmi 4,4 milyon barel azalmalıdır. Ehtimallar təsdiqlənsə, bu amil neftin qiymətinə pozitiv təsir göstərə bilər.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR