Pentaqon PYD/YPG qüvvələrinə hərbi texnika göndərir

ABŞ hərbçiləri  “Suriya Demokratik Qüvvələri” adlandırdığı PYD/YPG kürd terror qruplaşmalarına silah, habelə nəqliyyat vasitələri də daxil olmaqla hərbi  texnika tədarük etməyə başlayıb.

APA TV-nin NBC telekanalına istinadən verdiyi məlumata görə, bunu ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi Edrian Renkayn-Qellouey təsdiqləyib.

Məlumata görə, silah-sursatın göndərilməsinə son 24 saat ərzində başlanılıb. ABŞ tərəfinin kürdlərə məhz hansı silah növlərini və onları hansı yolla verməyi planlaşdırdığı barədə məlumat verilmir.

Tərkibi kürdlərdən və ərəb əsirlərdən ibarət olan “Suriya Demokratik Qüvvələri” ABŞ aviasiyasının və xüsusi təyinatlılarının dəstəyi altında Suriyanın Rəqqa şəhərini İŞİD silahlılarından təmizləmə əməliyyatı keçirir. Amerikalıların iştirakı eyni zamanda rəsmi Dəməşqdə etirazla qarşılanıb və bu əməliyyat Suriya torpaqlarında icazəsiz addım kimi qiymətləndirilib.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR