17 yaşlı mühacir Berlində terror aktına hazırlamaqda günahlandırılır

Almaniya polisi Berlindən 100 kilometr şimal-şərqdə, Qersvalde şəhərində 17 yaşlı mühaciri həbs edib.

APA TV-nin "Euronews"a istinadən verdiyi xəbərə görə, polis yeniyetmənin paytaxt ərazisində terror aktı törətməyə hazırlaşdığını güman edir. Onun saxlanılmasına səbəb kimi isə yaxınlarına göndərdiyi "cihad başlanılır" sözləri yazılmış vida ismarışı göstərilir. 17 yaşlı mühacirin adı hələlik açıqlanmır.

“Hələlik bu yeniyetmənin Almaniyaya haradan gəldiyi məlum deyil. O, Suriya və ya Şimali Afrika əsilli ola bilər. Bilinən hələlik budur ki, o, Almaniya ərazisinə 2015-ci ildə qeyri-leqal yollarla gəlib və o vaxtdan da Ukkermark rayonunda həddi buluğa çatmamışlar üçün nəzərdə tutulan evdə yaşayıb", - deyə Brandenburq polisinin mətbuat nümayəndəsi Torsten Herbst bildirib.

Qeyd edək ki, Berlin artıq ötən ilin dekabr ayından radikal terror qruplaşmalarının hədəfinə çevrilib. Həmin vaxt adı İŞİD-lə birgə hallanan Anis Amri ağır tonnajlı yük maşınını milad bazarı meydanına toplaşmış insanların üstünə sürmüş, nəticədə 11 nəfərin ölümünə və 50-dən çox adamın yaralanmasına səbəb olmuşdu. Terrorçu sonradan İtaliyada zərərsizləşdirilib.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR