NASA-nın yeni aparatı Günəşə "toxunacaq"

Amerikanın kosmik stansiyası NASA Günəşin səthinin görünməmiş tədqiqi üçün Solar Probe Plus (SPP) - yeni kosmik aparatın uçuşuna hazırlıq görür.

APA TV-nin NASA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, aparat Günəşin atmosferinə daxil olaraq onun səthinə indiyəcən müvəffəq olunmamış dərəcədə - 6 milyon kilometr məsafədə yaxınlaşaq. Bu isə indiyəcən göndərilən kosmik peyklərdən 7 dəfə yaxın deməkdir.

Günəşə "toxunacağı" gözlənilən kosmik zond 2018-ci ilin yayında start götürəcək. Ehtimal edilən 1400 dərəcə istilikdə yanmaması üçün SPP-ni karbon qarışığından olan qalxanvari lövhə qoruyacaq.

Burada məqsəd qalaktikamızın ən böyük ulduzunun tərkibi və necə işləməsi prinsipinə dair çoxaylı suallara cavab tapmaqdır. Bununla da alimlər "böyük ulduz"un görünməyən tərəflərini öyrənəcək və daha dəqiq kosmik proqnozlar verə biləcək. 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR