İŞİD Bağdadda avtomobili partlatdı: ölənlər və yaralananlar var
İŞİD silahlıları müqəddəs Ramazan ayında da terror əməllərindən əl çəkməyib.
APA TV-nin "Reuters" agentliyinə istinadən verdiyi xəbərə görə, terror qruplaşması bu dəfə Bağdadda çox sayda adamın toplaşdığı iftar saatlarını seçib.
Partlayıcı quraşdırılmış bir avtomobilin partladılması nəticəsində azı 27 nəfərin həyatını itirdiyi, xeyli sayda insanın da yaralandığı bildirilir. Yaralıların çoxunun həyati təhlükəsi davam edir.
Şiələrin çox olduğu məhəllələrdən sayılan Karadada bir dondurma dükanının yaxınlığında törədilən terror hücumuna məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb.
OXŞAR XƏBƏRLƏR
17:40
441
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
14:05
486
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
17:52
1240
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
15:07
1098
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
14:42
1055
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
11:32
589