Ağdamda elektrik cərəyanı fəhlənin həyatına son qoydu
Ağdamda fəhləni yüksək gərginlikli elektrik cərəyanı vuraraq öldürüb.
APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Quzanlı qəsəbəsində baş verib. Məmmədov Şöhlət Əfqan oğlu fərdi tikinti sahələrinin birində fəhlə işlədiyi zaman onun əlində olan metal boru 35 kilovoltluq elektrik naqilinə toxunub. Nəticədə 60 yaşlı fəhlə hadisə yerində dünyasını dəyişib.
Rayonun Mərzili kəndindən olan Şöhlət Məmmədov Bərdə rayonunda məcburi köçkünlər üçün salınmış qəsəbədə məskunlaşmışdı.
Faktla bağlı Ağdam Rayon Prokurorluğunda cinayət işi başlanılıb.
OXŞAR XƏBƏRLƏR
17:40
441
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
14:05
486
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
17:52
1240
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
15:07
1098
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
14:42
1055
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
11:32
589