Qadının çantasını oğurlayıb qaçdı, uzağa gedə bilmədi
Nəsimi rayonunda qadına qarşı soyğunçuluq edən şəxs saxlanılıb.
APA TV-nin xəbərinə görə, paytaxt sakini Sədaqət Eminova bankomatlardan birindən pul çıxarıb evə gedən zaman Nəsimi rayonu S.Vurğun küçəsində bir nəfər naməlum şəxs ona qarşı zor tətbiq edərək içərisində 682 manat pul və dəyəri 300 manat olan bir ədəd mobil telefon olan əl çantasını zorla alaraq qaçmağa cəhd göstərib.
Zərərçəkənin səs-küyünə yaxınlıqda xidmət aparan Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşı reaksiya göstərərək, qadının çantasını soyğunçuluq yolu ilə alıb qaçan şəxsi təqib etməyə başlayıb.
Polis əməkdaşının çevikliyi sayəsində qeyd edilən cinayəti törədən Xızı rayon sakini Rzaqulu Allahquliyev hadisə yerindən bir neçə yüz metr kənarda yaxalanıb.
OXŞAR XƏBƏRLƏR
17:40
455
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
14:05
500
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
17:52
1252
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
15:07
1104
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
14:42
1060
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
11:32
591