Pirşağı sakinindən 5 kq narkotik götürüldü

Sabunçu Rayon Polis İdarəsi (RPİ) 15-ci Polis Bölməsi (PB) əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Pirşağı qəsəbə sakini Rəhman Şahverdiyev saxlanılıb.

 

APA TV-nin xəbərinə görə, onun üzərindən 9,67 qram, idarə etdiyi “ZİL” markalı avtomobilə baxış zamanı 4 kiloqram 75 qram, yaşadığı evdən isə əlavə olaraq 7,94 qram marixuana aşkar edilərək götürülüb.

 

Saxlanılan şəxs əməlini etiraf edib: "Saxladılar, üstümdən bir "korobka" çıxdı. Dedim maşında da var. Bir kisə də ordan çıxarıb verdim".

 

Sabunçu RPİ 15-ci PB-nin əməkdaşlarının həyata keçirdiyi digər əməliyyat-axtarış tədbiri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Pirşağı qəsəbə sakini Gəray Rəmiyar saxlanılıb. Saxlanılan şəxsə məxsus həyətyanı sahəyə baxış zamanı oradan 12,544 qram marixuana, habelə kultivasiya yolu ilə yetişdirilən 13 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

 

G.Rəmiyar ifadəsi zamanı çətənə toxumlarını bir neçə ay bundan əvvəl evinin həyətində əkdiyini və onlara xüsusi üsulla qulluq edərək yetişdirdiyini bildirib: "Əkmişdim özün üçün. Gəldilər dedilər, həyətə baxmalıyıq. Dedim keçin baxın. 13 ədəd ağac çıxdı".

 

Qeyd edilən faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR