Dillər Universitetində tələbələr aksiya keçirdi
“Azərbaycan Dillər Universitetində (ADU) tələbələrin bütün fikirləri nəzərə alınacaq, ölçülüb-biçiləndən sonra qərar qəbul ediləcək”. APA TV-nin xəbərinə görə, bunu təhsil nazirinin müavini Ceyhun Bayramov ADU-da tələbələrlə keçirilən görüşdə deyib.
Onun sözlərinə görə, tövsiyələr ali məktəbin Elmi Şurasına veriləcək. Sabah saat 14:00-da Elmi Şuranın iclasında veriləcək qərarda tələbələrin bütün fikirləri nəzərə alınacaq: “İndiki halda gələcəyin ziyalıları olacaq tələbələr qəbul olunan qərarları, prosedurları qəbul etməli, onlara hörmətlə yanaşmalıdır. Bu gün kifayət qədər fikirlər eşitdik. Yeni fərqli fikirlər varsa, dinləməyə hazırıq. Azərbaycan Dillər Universitetinin tələbələri hər zaman yüksək təhsili, göstəriciləri ilə digər ali məktəblərin məzunlarından fərqlənir”.
Nazir müavini qeyd edib ki, hər tələbə təhsil aldığı 4 ildə yaxşı nəticə göstərmək, yüksək səviyyədə dövlət imtahanı vermək, bakalavr diplomu almaq, əmək bazarına daxil olmaq barədə düşünməlidir. Tədris ilinin sonunda ortaya çıxan hansısa sürprizə reaksiyalar başadüşüləndir: “İmtahanlarda yeniliklər barədə qərar Elmi Şurada qəbul edilir. Uzun illər ADU-da yekun dövlət imtahanlarının formatı fərqli olub. 91 baldan yuxarı olanlar buraxılış işi yazıb, digərləri isə hesabat veriblər. 2016-cı ilin iyun ayında Elmi Şura 2016/17-ci tədris ilindən etibarən dövlət imtahanının yeni formatda keçirilməsi barədə qərar qəbul edib. Tələbələrin əsas narazılığı materialların, mövzuların adlarının dekabrda dərc olunması, sorğuların yanvarda verilməsidir. Bundan başqa, tələbələr mövzuların, fənlərin sayının çoxluğundan şikayət edilər, bildirirlər ki, 8 fənn üzrə materialın öhdəsindən gəlmək çətindir”.
Qeyd edək ki, universitetin tələbələri dövlət imtahanının bərpasına etiraz edirlər. APA TV-nin çəkiliş qrupu tələbələrlə keçirilən görüşdə iştirak etmək istəsə də, universitetə girişinə maneələr yaradılıb.
OXŞAR XƏBƏRLƏR
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi