Güclü qasırğa Rusiyadan Qazaxıstana keçdi: ÖLƏNLƏR VAR

Qazaxıstanın cənubunda güclü qasırğa qeydə alınıb.

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, saniyədə 25 m sürətlə əsən külək ağacları kökündən çıxarıb, binaların dam örtüyünə və elektrik dirəklərinə ziyan vurub.

 

İlkin məlumatlara görə, qasırğa Taraz Jambıl vilayətində üç nəfərin ölümünə, daha üçünün isə yaralanmasına səbəb olub.

 

Qeyd edək ki, hazırda yerli hakimiyyət təbii fəlakətin vurduğu ziyanı aradan qaldırmağa çalışır.

 

Müəllif | Apa.Tv
Elvin Yaqubov

OXŞAR XƏBƏRLƏR