Siyəzəndə 36 yaşlı kişini qatar vurub öldürdü
Siyəzən rayonunda bədbəxt hadisə baş verib. APA TV-nin şimal bürosunun məlumatına görə, hadisə Gil-gilçay dəmiryol stansiyasında qeydə alınıb.
Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Eyvazov Samir Kamal oğlunu qatar vurub.
Stansiyanın rəisi Zabir Mircəfərov deyib ki, Samir Eyvazovu 56 saylı qatarın elektrovozu vurub: "Yaralını qatardan götürüb qoyublar, stansiyaya təcili yardım gəlib, aparıblar xəstəxanaya".
O, dərhal Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib. Həkim İlqar Osmanovun sözlərinə görə, xəstənin hər iki ayağı amputasiya olunub: "Həkimlərin səyinə baxmayaraq, xəsarət alan şəxs bu gün səhər saatlarında dünyasını dəyişib. Aparılan tibbi müdaxilələrə baxmayaraq, xəstə təxminən 2 saat sonra dünyasını dəyişib".
Fakt araşdırılır.
OXŞAR XƏBƏRLƏR
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi