Ailə diri-diri yanacaqdı: ANİ QƏRAR, QONŞULARIN ZİRƏKLİYİ

Ana 11 aylıq körpəsi ilə xilas olmaq üçün beşinci mərtəbədən özünü atıb.

 

APA TV-nin "İhlas" agentliyinə istinadən məlumatına görə, Rusiyada 5 mərtəbəli binanın yuxarı mərtəbələrində yanğın baş verib.

Alovların gedərək artması nəticəsində 4 nəfərlik ailə çıxış yolunu balkondan atılmaqda görür.

Məhəllə sakinləri onları xilas etmək üçün çıxış yolu tapırlar. Atlayanlar qonşuların açdığı ədyalın üzərinə düşür.

Balkondan əvvəl uşaqları atıblar. Daha sonra isə ana və ata tullanıb. Uşaqların arasında biri cəmi 11 aylıq olub. Ailə heç bir xəsarət olmadan yanğından qurtulub.

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR