Polis rəisi: "Bir narkoman asanlıqla ətrafına 20-30 nəfər toplayır"

Sabunçu Rayon Polis İdarəsi və İcra Hakimiyyətinin təşkilatçılığı ilə Bilgəh qəsəbəsindəki 142 saylı tam orta məktəbdə “Narkomaniya - əsrin bəlasıdır” mövzusunda tədbir keçirilib.

 

APA TV-nin xəbərinə görə, "Narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üzrə Dövlət Proqramı"nın icrası ilə əlaqədar keçirilən tədbirdə Sabunçu RİH başçısının birinci müavini Güloğlan Məmmədov, rayon polis idarəsinin rəisi Eldar İlyasov, Respublika Narkoloji Mərkəzinin, dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.

 

Çıxışlarda Dövlət Proqramının icrası ilə əlaqədar görülən tədbirlər, narkotiklərlə bağlı cinayət hadisələrinin dinamikası və profilaktikası barədə məlumat verilib. Sabunçu RPİ-nin rəisi Eldar İlyasov bu sahədə maarifləndirmə, izahat və hüquqi təbliğat işlərinin aparılmasının diqqət mərkəzində saxlanıldığını qeyd edib: "Bir alimi yetişdirmək üçün dövlət nə qədər əziyyət çəkir - məktəb, institut, aspirantura və s. Amma bir narkoman çox asanlıqla öz ətrafına 20-30 nəfər toplayır, çünki bu  gəlir mənbəyidir. Məlumdur ki, bir narkomanın gündəlik tələbatını ödəmək üçün ona pul lazımdır. İmkanlı bir şəxsin övladını ora cəlb etməklə öz ehtiyacı ödənir".      

 

Tədbirdə həmçinin mövzu ilə bağlı sosial videoçarx nümayiş olunub. Sonda tədbir  təşkilatçıları və şagirdlər arasında sorğu-sual aparılıb.

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR