Neftin qiymətində qeyri-müəyyən dinamika müşahidə olunur

Birjalarda neftin qiymətində qeyri-müəyyən dinamika hökm sürür. APA TV-nin məlumatına görə, ABŞ-da şist nefti hasil edən buruqların sayının 19-cu həftə ard-arda artması bazara təsirini göstərir.

 

OPEK-in neftin gələcəyinə ehtiyatlı baxışı da qiymətlərə neqativ təsir göstərir. Bu səbəbdən “Brent” neftinin qiyməti 52-53 dollar aralığında dəyişir.

 

Birjaların səhər seanslarında “Brent” markalı neftin bir bareli 52,52 dollardan satılıb, Qərbi Texas nefti isə 49,84 dollardan təklif olunur. Hər iki marka üzrə qiymət dəyişkənliyi cəmi 40 sent təşkil edib.

 

Bu gün Amerika Neft İnstitutu ABŞ-ın neft ehtiyatlarının həcminə dair qeyri-rəsmi hesabatı açıqlayacaq. Kommersiya neft ehtiyatlarının bu həftə də azalacağı proqnozlaşdırılır. Lakin bu amil artıq dördüncü həftədir ki, neftin qiymətinə təsirsiz qalır. Bu, bazarda qiymətlərin daha çox siyasi amillər əsasında formalaşması ilə izah olunur.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR