Türkiyədə qəzet baş redaktoru öldürüldü

İstanbulda “Yeni Akit” qəzetinin baş redaktoru Kadir Dəmirəl qətlə yetirilib. APA TV-nin məlumatına görə, hadisəyə ailə münaqişəsi səbəb olub.

 

Kadir Dəmirəllə və qızı Əsma ilə kürəkəni Cəmil Yavuz Qərənfil arasında baş verən mübahisə dava ilə nəticələnib. Münaqişə zamanı kürəkən qayınatasına və həyat yoldaşına bıçaqla zərbə endirib.

 

İnsident nəticəsində baş redaktor ölüb, qızı isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hadisə yerindən qaçan Cəmil Yavuz Qərənfilin axtarışları davam etdirilir.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR