Astarada reyd: 9 nəvəsini "JİQULİ"DƏ gəzdirən sürücü saxlanıldı
Astarada rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən minik nəqliyyat vasitələrinin qeyri-qanuni sərnişindaşımaları ilə əlaqədar reyd keçirilib. şəhərin mərkəzi Heydər Əliyev prospektində və Ələt-Astara magistralının 244 km-də iki saat ərzində aparılan yoxlamalar zamanı 100-dək nəqliyyat vasitəsinə saxlanılaraq baxış keçirilib. Əsas məqsəd sərnişindaşıma xidməti ilə məşğul olan sürücülərdən nəqliyyat vasitələrinin texniki cəhətdən nasaz vəziyyətdə idarə edənləri aşkar etmək olub.
DYP əməkdaşlarına tabesizlik göstərən sürücülər də olub. Tabesizlik göstərən 4 sürücü, sərnişindaşıma qaydalarını kobud şəkildə pozan 15 sürücü və digər pozuntulara görə 11 sürücü barəsində protokol tərtib edilərək, inzibati məsuliyyətə cəlb olunub.
Yol polisi bölməsinin rəisinin sözlərinə görə, keçirilən reydlərin nəticəsi olaraq ötən illə müqayisədə rayon ərazisində yol-nəqliyyat hadisələri 2 dəfədən çox azalıb.
OXŞAR XƏBƏRLƏR
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi