Latviya Seyminin spikeri: “Azərbaycan prezidenti İlham Əliyevin Riqaya səfərini gözləyirik”
Milli Məclisinin sədri Oqtay Əsədovun başçılıq etdiyi Azərbaycan parlament nümayəndə heyəti Latviyaya səfər edib. Latviya Seymində iki ölkənin parlament rəhbərlərinin başçılıq etdikləri nümayəndə heyətlərinin görüşü keçirilib. Latviya Seyminin spikeri İnara Murniyetse bildirib ki, Azərbaycan xüsusən iqtisadi sahədə Latviyanın mühüm tərəfdaşıdır. Onun sözlərinə görə, Latviya ikitərəfli ticari-iqtisadi əlaqələrin daha da möhkəmlənməsində, turizm və inşaat sahələrində əməkdaşlığın inkişafında maraqlıdır.
Seymin spikeri əlavə edib ki, Latviyada Azərbaycan prezidenti İlham Əliyevin Riqaya səfərini gözləyir və inanırlar ki, bu səfər ölkələrimiz arasında ikitərəfli əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcək.
Latviya Seyminin spikeri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi mövzusuna toxunaraq vurğulayıb ki, Latviya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. İ. Murniyetse bu münaqişənin sülh yolu ilə, beynəlxalq hüquq normaları və prinsipləri çərçivəsində tənzimlənəcəyinə əmin olduğunu bildirib.
Oqtay Əsədov ölkələrimiz arasında parlamentlərarası əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edərək vurğulayıb ki, Azərbaycan və Latviya dost və tərəfdaş ölkələrdir.
Spiker Xocalı soyqırımı haqqında bəyanatın Latviya Seyminin 100 deputatından 53-ü tərəfindən qəbul edilməsinə görə Latviya parlamentinə təşəkkür edərək xatırladıb ki, həmin bəyanatda Azərbaycan xalqı ilə həmrəylik ifadə edilib, bu qeyri-insani cinayət pislənilib.
OXŞAR XƏBƏRLƏR
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi