NATO Tiflisdə qərar verdi: Rusiya qoşunları Abxaziya və Cənubi Osetiyadan çıxmalıdır!

NATO Rusiyanı öz hərbçilərini Abxaziya və Cənubi Osetiyadan çıxarmağa çağırıb.

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu barədə müvafiq qətnamə qurumun Parlament Assambleyasının Tiflisdə keçirilən iclasında qəbul edilib.

 

Qətnamədə rəsmi Moskvadan Gürcüstanla bağlı öhdəliklərin yerinə yetirilməsi də tələb olunub. Həmçinin sənədə əsasən Assambleya Gürcüstanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir.

 

Şimali Atlantika Alyansı eyni zamanda digər dövlətləri Gürcüstanın quruma üzvlüyü prosesini sürətləndirmək üçün digər üzvləri bu ölkə ilə inteqrasiya prosesini sürətləndirməyə çağırıb.

 

NATO Parlament Assambleyasının 26-29 may tarixlərində Tiflisdə keçirilən toplantısında həmçinin terrorizmlə mübarizə, Rusiya ilə münasibətlər, iqlim dəyişikliyi və digər problemlər müzakirə olunub.

 

Bu arada bir qədər əvvəl Rusiyanın tanınmamış Cənubi Osetiyaya səfir təyin etməsi Gürcüstanda etiraz doğurub. Bu ölkənin Avrointeqrasiya naziri Viktor Dolidze bu addımı rəsmi Moskvanın növbəti provokasiyası adlandırıb.
 

Qeyd edək ki, Rusiya ilə Cənubi Osetiya arasında diplomatik əlaqələr 2008-ci ilin sentyabrında yaradılıb.

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR