İsmayıllıda 2 yaşlı uşaq suda boğuldu
İsmayıllı rayonunda azyaşlı uşaq bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə rayonun Mican kəndində qeydə alınıb.
Kənd sakini, 2015-ci il təvəllüdlü Nazlı Şöhrət qızı Mehdiyeva yaşadığı evin həyətində oynayarkən valideyn nəzarətindən kənar qalıb və su çəninə düşərək boğulub. Valideynləri hadisədən gec xəbər tutub. Azyaşlı uşağa Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Nazlı Mehdiyevanın meyiti müayinə üçün Respublika Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin İsmayıllı rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
17:40
455
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
14:05
500
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
17:52
1252
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
15:07
1104
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
14:42
1060
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
11:32
591