Gəncədə küçəni süpürən qadını maşın vurub öldürdü

Gəncədə ölümlə nəticələnən yol qəzası baş verib. APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə şəhərin Üzeyir Hacıbəyov küçəsində qeydə alınıb.

 

Şəhər sakini 57 yaşlı İlham İslam oğlu Əliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən yolu süpürən Təmizlik İdarəsinin işçisi, 45 yaşlı Mahizər Müslüm qızı Məmmədovanı vurub. Ağır xəsarət alan qadın hadisə yerində ölüb.

 

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli

OXŞAR XƏBƏRLƏR