Şimali Koreya yeni raket sınağı keçirdi
Şimali Koreyanın Mərkəzi Teleqraf Agentliyi mayın 28-də düşmənin pilotsuz təyyarələrini və raketlərini məhv etmək üçün “Yer-Hava” tipli raketin sınaq buraxılışının kadrlarını yayıb.
APA TV-nin məlumatına görə, sınaq buraxılışını Şimali Koreya lideri Kim Çen In şəxsən izləyib. O, raketin kütləvi istehsalı barədə göstəriş. verib.
Görüntülərdə nümayiş etdirilən yeni raket “soyuq buraxılış” texnologiyasına əsaslanır. Raket havaya qazın təzyiqi ilə buraxılır, sonradan isə yanacaqla hərəkət edir.
“Bu raketlər bütün ölkəni meşə kimi bürüməli, düşmənin havada hökmran olması barədə illüziyalarını məhv etməlidir” - deyə, Kim Çen In bildirib
Rəsmi Pxenyanın növbəti raket sınağına dünya ictimaiyyətindən də reaksiya gəlib. Rusiya xarici işlər nazirinin müavini Vladimir Titov Pxenyanı provokativ addımlardan çəkinməyə çağırıb. Ağ Evdən isə Şimali Koreyanın atdığı bütün addımların diqqətlə izlənildiyi, habelə rəsmi Vaşinqtonun region ölkələrindən Yaponiya və Cənubi Koreyanın təhlükəsizliyini təmin etməyə hazır olduğu bildirilib.
OXŞAR XƏBƏRLƏR
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi