Neft ehtiyatları sürətlə azalacaq

Dünya bazarında xam neftin qiyməti stabilləşməkdədir.

 

APA TV-nin məlumatına görə, OPEK və qeyri-kartel ölkələrinin Vyana görüşündən sonra neft bazarında yaranan ümidsizliyin ardından Səudiyyə Ərəbistanının enerji naziri Xalid əl-Falih strategiyanın işlədiyini bildirib. Nazirin açıqlamasında beynəlxalq ehtiyatların daha sürətlə azalacağı qeyd olunur.

 

ABŞ-da isə işlək qaya neft quyularının sayında 2 ədəd artım olub. Bu, cari ilin ən zəif artımı hesab olunur və bu ölkədə istehsalın sürətinin azalmasını göstərir.

 

Hazırda birjalarda Brent nefti 52,44 dollardan təklif olunur. Qiymət artımı WTİ neftində hiss olunur. Qərbi Texas nefti 49,71 dollardan satılır.

 

Neft mütəxəssisləri də növbəti mərhələdə istehsalda daralma olacağını, böyük ehtimalla qiymətlərin artacağını bildirir.

 

Ancaq ABŞ-ın hasilatı artıracağı da gözlənilir. Bununla belə, bu ölkədə ard-arda 7 həftədir ehtiyatlar azalır. Bu ölkədə istehsal hələ də 2015-ci ildən iki dəfə çoxdur.

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR