Ələt-Astara yolunda iki maşın toqquşdu: 7 yaralı
Lənkəran rayonunda 7 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, avtoqəza Ələt-Astara magistral yolunun Boladı kəndindən keçən hissəsində qeydə alınıb. Hadisə zamanı "VAZ-2106" markalı minik maşını “Opel” markalı avtomobillə toqquşub.
Nəticədə "VAZ-2106"-nın sürücüsü, 44 yaşlı Liman şəhər sakini Mürsəl Əsgərov, sərnişinləri - sürücünün həyat yoldaşı 37 yaşlı Günel Əsgərova, qızı Zəhra Əsgərzadə, sürücünün qaynı uşaqları Əlişan Qasımov, Aylin Qasımova, həmçinin sürücünün baldızı 38 yaşlı Günay Haşimova xəsarət alıb.
"Opel" markalı avtomaşının sürücüsü, Astara sakini Xudaverdi Hüseynov da yol qəzasında xəsarət alıb. Yaralılar ətraf sakinlərin köməyi ilə deformasiyaya uğramış avtomobildən çıxarılaraq, Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi