Gəzməyə gəldilər, çayda boğuldular - MASALLIDA FACİƏ
Masallıya istirahət etməyə gələn iki məktəbli Viləş çayında batıb.
APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, bədbəxt hadisə barədə Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub. FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq batmış məktəblilərin axtarışlarına başlayıb.
Çayda çimərkən batmış Cəlilabad rayonu Göytəpə şəhər sakini, 15 yaşlı Şəmsəddin Abbasovun meyiti dalğıcların köməyi ilə sudan çıxarılıb. Onunla eyni yaşda olan həmyerlisi Vüsal Abıyevin meyiti isə sakinlər tərəfindən tapılaraq sudan çıxarılıb. Meyitlər müayinə olunması üçün məhkəmə tibb ekspertizasına təqdim edilib.
Qeyd edək ki, məktəblilər müəllimləri ilə birlikdə Masallıya turizm ərazilərini gəzib istirahət etməyə gəlibmiş.
OXŞAR XƏBƏRLƏR
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi