Lənkəranda iki qəza: velosipedçi və piyada öldü

Lənkəranda velosipedçini avtomaşın vurub. APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, hadisə Ələt-Astara magistral yolunun 204-cü kilometrliyində, rayonunun Velədi kəndi ərazisində qeydə alınıb.

 

Avtoqəza zamanı Lənkəran rayonu Mamusta kənd sakini Vasif  Həsənovun idarə etdiyi "VAZ-2115" markalı avtomobil velosipedlə hərəkətdə olan 52 yaşlı Velədi kənd sakini Tərlan Ələsgərovu vurub. Nəticədə T.Ələsgərov hadisə yerində keçinib.

                                                                                       

Lənkəranda baş vermiş digər bir hadisə zamanı 35 yaşlı piyada dünyasını dəyişib. Rayonun Cil kəndində Mirnasir Seyidzadənin idarə etdiyi "99-BZ-136" dövlət nömrə nişanlı "Chevrolet" markalı avtomobil 35 yaşlı Ceyhun Cavadovu vurub. Sürücü Mirnasir Seyidzadə yaralını öz avtomobili ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırmaq istəsə də, yolda dünyasını dəyişib.

 

Hər iki yol qəzası ilə bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR