Merkel: "Başqalarına güvəndiyimiz dövrlər keçmişdə qaldı"

Avropalılar artıq başqalarına etibar edə bilməz və öz talelərini özləri həll etməli olacaq.

 

APA TV-nin "Reuters"ə istinadən verdiyi xəbərə görə, bu sözləri Almaniyanın baş naziri Angela Merkel İtaliyanın ev sahibliyi etdiyi G7 sammitindən qayıtdıqdan sonra jurnalistlərə açıqlamasında deyib.

 

"Başqalarına güvəndiyimiz o dövrlər artıq keçmişdə qaldı. Mən bunu son gündlərdə anladım. Biz avropalılar öz müqəddəratımızı öz əllərimizə almalı, özümüz müəyyən etməliyik", - Merkel belə deyib.

 

Yerli KİV-in yazdığına görə, Merkelin bu açıqlaması daha çox ABŞ-ın yeni administrasiyasına və Böyük Britaniyaya aid edilib. Bu dövlətlərin hər ikisi ilə dostluq münasibətlərinin saxlanılacağını deyən Merkel, Avropanın gələcəyi üçün mübarizənin  təklikdə aparılacağını vurğulayıb.

 

Bununla yanaşı Angela Merkel Fransanın yeni prezidenti Emmanuel Makronla münasibətlərin ürəkaçan səviyyədə olduğuna da toxunub.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR