Misir aviasiyası İŞİD düşərgələrini bombaladı
Misir hava qüvvələri Liviyadakı İŞİD mövqelərinə növbəti dəfə aviazərbələr endirib.
APA TV-nin "Euronews"a istinadən verdiyi xəbərə görə, Əl-Minya əyalətində qibti xristianlarının olduğu avtobusun atəşə tutulmasına cavab olaraq başladılan hücumlar nəticəsində terror qruplaşmasına aid düşərgələr vurulub. Bundan əvvəl isə 29 adamın həyatını itirdiyi Əl-Minya şəhərindəki silahlı hücumu İŞİD terror təşkilatının öz üzərinə götürdüyü xəbəri yayılmışdı.
Bu arada, BMT-nin dəstəklədiyi Liviyadakı Milli Razılaşma Hökuməti Prezident Şurası rəsmi Qahirənin bu addımına qarşı sərt reaksiya verib. Şuradan verilən açıqlamada "Misir təyyarələrinin yerli hökumətlə koordinasiya qurmadan Liviya torpaqlarını bombalaması"na kəskin şəkildə etiraz edilib.
Misir rəsmiləri isə Liviyadakı hərbi əməliyyatları dəstəkləyib.
OXŞAR XƏBƏRLƏR
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi