Şarl de Qollun qəbrinə hörmətsizlik edildi - FRANSA ŞOKDA
Fransanın tarixi dövlət başçısı, general Şarl de Qollun qəbrinə qarşı hörmətsizlik edilib.
APA TV-nin "Euronews"a istinadən verdiyi xəbərə görə, naməlum şəxs tarixi prezidentin dəfn olunduğu "Colombey-les-Deux-Églises" qəbiristanlığına girib və məzar daşını, eləcə də onun üstündəki xaçı sındırıb.
Hadisə Şorl de Qollun da əsas iştirakçılarından biri olduğu milli Müqavimət günündə baş verib. Qəbirə qarşı hörmətsizlik yerli sakinlər tərəfindən də hiddətlə qarşılanıb və bu addım "vandalizm" kimi qiymətləndirilib. Həmin qəbiristanlıqda Şarl de Qollun xanımı və qızı da dəfn olunub.
Polisdən verilən açıqlamada deyilir ki, cinayətkar tək olub və hətta üzünü də gizlətməyib. Hazırda onun axtarışları aparılır.
OXŞAR XƏBƏRLƏR
17:40
530
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
14:05
571
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
17:52
1322
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
15:07
1107
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
14:42
1064
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
11:32
595