Şəmkirdə partlayış: Siqaret çəkmək istəyərkən ev alışdı

Şəmkirdə yaşayış evində partlayış olub. Hadisə rayonun Şiştəpə kəndində qeydə alınıb.

APA TV-nin qərb bürosunun məlumatına görə, kənd sakini, 1977-ci il təvəllüdlü Araz Həsənov yaşadığı evdə qaz sızdığını hiss etməyərək siqaret alışdırıb və bu zaman partlayış baş verib.

Nəticədə ağır yanıq xəsarətləri alan A.Həsənov əvvəlcə Gəncə şəhər təcili tibbi yardım xəstəxanasına aparılıb. Onun sonradan paytaxdakı müvafiq xəsətəxanaların birinə göndəriləcəyi bildirilir. Yaxınlarının dediyinə görə, Araz anadangəlmə eşitmə və danışma qüsurludur.

Hadisə ilə əlaqədar araşdırmalara başlanılıb. Qaz sızmasının necə meydana gəldiyi hələlik məlum deyil.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR