Tovuzun Ağdam kəndinə dolu yağdı
Tovuzun cəbhə kəndi olan Ağdamda yağan güclü dolu bir sıra fəsadlar yaradıb.
APA TV-nin qərb bürosunun məlumatına görə, dolu ən çox meyvə-tərəvəz sahələrinə ziyan vurub. Sakinlər bildirir ki, təxminən 10 dəqiqə davam edən və güclü yağışla müşayiət olunan dolu əkin, habelə həyətyanı sahələrdəki meyvə-tərəvəz sahələrini yararsız hala salıb. Ölçüsü təxminən fındıq boyda olan dolu dənələri, xüsusilə, ağaclardakı yetişməkdə olan meyvələri sıradan çıxardıb.
Kənd sakinlərinin sözlərinə görə, hər il mövsümün bu vaxtları kəndə bir neçə dəfə dolu düşür ki, bundan da ən çox təsərrüfat sahibləri zərər görür. Təbiət hadisəsinin fəsadlarının aradan qaldırılmasında isə kəndlilər acizdirlər.
OXŞAR XƏBƏRLƏR
17:40
530
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
14:05
571
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
17:52
1322
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
15:07
1107
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
14:42
1064
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
11:32
595