İslamiadada qalib gəlmiş tələbə idmançılarla görüş keçirildi

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında IV İslam Həmrəylik Oyunlarında qalib gəlmiş tələbə idmançılarla görüş keçirilib.

 

APA TV-nin xəbərinə görə, akademiyanın rektoru Fuad Hacıyev yarış iştirakçılarını təbrik edərək bildirib ki, vətənimiz idman arenasında növbəti uğura imza atıb.

 

Bu oyunlarda dünyanın 50 ölkəsindən peşəkar idmançıların iştirak etdiyini qeyd edən rektor bildirib ki, idmançılarımız parlaq nəticə göstərib: "Bizim 28 tələbəmiz və 22 məzunumuz 38 qızıl medal qazanıb. Ölkədə götürülən qızıl medalların yarıdan çoxu bizim tələbələrimizindir. Biz onlarla görüşdük. Onlar bizim qürurumuz, fəxrimizdir".

 

Tədbir zamanı medal qazanan tələbələr Akademiya tərəfindən "Fəxri Fərman" və xatirə hədiyyələri ilə təltif olunub. İdmançılar göstərilən diqqətə görə təşəkkür ediblər.  

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR