DTX əməkdaşları və KİV nümayəndələrinin birgə idman yürüşü keçirildi
28 May - Respublika Günü münasibətilə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşlarının və Kütləvi İnformasiya Vasitələri (KİV) nümayəndələrinin iştirakı ilə birgə idman yürüşü keçirilib.
APA TV-nin xəbərinə görə, idman yürüşündə DTX rəisi, general-leytenant Mədət Quliyev, Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, Sərhəd Qoşunlarının komandanı, general-polkovnik Elçin Quliyev də iştirak edib.
Yürüşdən əvvəl Azərbaycanın Dövlət Himni səsləndirilib.
Mədət Quliyev 28 May - Respublika Günü münasibətilə yürüş iştirakçılarını təbrik edib. O, yürüşün keçirilməsi üçün edilən təşəbbüsə dəstək verdiklərinə görə KİV nümayəndələrinə minnətdarlığını bildirib: "Bizim çağırışımıza hamı qoşuldu. Bu, bizim xalqımızın bir yerdə olduğunu göstərir".
DTX-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Arif Babayev deyib ki, müstəqilliyi qazanmaq asan, lakin onu qoruyub saxlamaq çox çətindir. Həm regionda, həm də dünyada Azərbaycanın uğurlarını qısqanclıqla qarşılayan müəyyən qüvvələr var.
Daha sonra Dövlət Bayrağı Meydanından başlayan idman yürüşü Bakı Saat Qülləsində başa çatıb.
Mədət Quliyev yürüş iştirakçılarına təşəkkür edib: "Biz çox xoşbəxt xalqıq, sağlam gəncliyimiz var. Yürüş uğurla başa çatdı. İştirakçıları təbrik edirəm".
Sonda qaliblər və iştirakçılar təltif edilib.
OXŞAR XƏBƏRLƏR
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi