ABŞ dövlət katibi Ramazan təkliflərini rədd etdi

ABŞ Dövlət Departamenti Ramazan ayı ilə bağlı tədbirlərdən imtina edib.

 

APA TV-nin "Reuters"ə istinadən verdiyi məlumata görə, dövlət katibi Reks Tillerson ona təqdim edilən müvafiq sorğunu rədd edib.

 

Məlumata əsasən, ABŞ Dövlət Departamentində Ramazan ayı ilə bağlı tədbirlər 1999-cu ildən etibarən təşkil edilir.  Madlen Olbrayt tərəfindən qoyulan ənənəni sonrakı illərdə Demokrat və Respublikaçılar partiyasının nümayəndələri daim davam etdiriblər. Dövlət Departamentində iftar süfrəsi təşkil edilib və yaxud müqəddəs ayın bitməsi ilə əlaqədar qəbul keçirilib.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR