Mədət Quliyev: "Casus şəbəkəsi barədə məlumatları Müdafiə Nazirliyinə verdik"

"İslam Həmrəyliyi Oyunları zamanı hər hansı təxribat cəhdi olmayıb". APA TV-nin xəbərinə görə, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev deyib.

 

"Bununla bağlı preventiv tədbirlər bir il əvvəldən həyata keçirilib və digər dövlətlərin xüsusi xidmət orqanları ilə birgə əməkdaşlıq edilib" - deyən general başqa dövlətlərin ölkəmizdəki əmin-amanlığa qibtə ilə baxdığını da dilə gətirib: "Görürsünüz, inkişaf etmiş, tanınmış ölkədə - İngiltərədə bu günlərdə terror aktı törədildi, onlarla insan həlak oldu. Dövlət Təhlükəsizliyi Xidməti dövlətimizin, xalqımızın təhlükəsizliyini təmin edir".

 

DTX rəisi Azərbaycan ordusunda həyata keçirilmiş əməliyyatla bağlı açıqlama verib. O bildirib ki, əməliyyatı Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyi həyata keçirib: "Casus şəbəkəsi ilə bağlı məlumatlar tərəfimizdən Müdafiə Nazirliyinə verilirdi. Möhtərəm prezidentimizin tapşırığı ilə bu tədbirlər keçirildi. Bilirsiniz ki, Azərbaycanda digər dövlətlərin maraqları çoxdur. Təbii ki, burada casuslar da var. Biz onları zərərsizləşdiririk. Bunlar həyata keçirilən tədbirlərin nəticəsidir".

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR