Gədəbəydə yeznə qaynını baltaladı
Gədəbəydə mülk üstündə dava olub, xəsarət alan var. APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə rayonun Söyüdlü kəndində qeydə alınıb.
Kənd sakini, 1975-ci il təvəllüdlü Natiq Bayram oğlu Pirverdiyevə bacısının həyat yoldaşı Elman adlı şəxs tərəfindən balta xəsarəti yetirilib: "Mən gəldim, qızımla danışırdım. O, o tərəfdə idi. Gördüm nəsə qaraltı gəlir. Belə baxanda gördüm ki, endirdi baltanı. Balta ilə bu hissədən vurub, parçalanıb. Qanı kəsə bilmirdilər. "Uşağını da götür, çıx" deyir. "Bura mənimdir" deyir. Mən bura xərc çəkmişəm, nə bilim nə. Burda, deyir, sənin yaşama hüququn yoxdur. Mənim hüququm var, qətnaməm də əlimdə. Evin bir gözünə və torpağa qətnaməm var".
Xəsarət alan Natiq Pirverdiyev əvvəlcə Gədəbəy Mərkəzi Rayon Xəstəxanasına, daha sonra isə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.
Aparılan müayinə nəticəsində alının sol tərəfində, başın sümük toxumasının zədələnməsi aşkarlanıb. Hazırda xəstənin vəziyyəti orta ağır stabildir. Müayinə və müalicəsi davam etdirilir.
Faktla bağlı Gədəbəy Rayon Polis Şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi