Neft bahalaşmağa başladı
Dünya birjalarında neft bahalaşıb.
APA TV-nin məlumatına görə, səhər seanslarında Brent markalı neftin 1 barelinin dəyəri artaraq 52,30 dollar olub.
Qərbi Texas nefti də dəyər qazanıb. WTI neftinin qiyməti 49,80 dollar təşkil edib.
Hər iki markanın 1 dollara qədər artmasının əsas səbəbi kimi Vyana samittində çıxan qərar göstərilir. Avstriya paytaxtında OPEK+ formatında baş tutan toplantıda kartel və qeyri-kartel ölkələri hasilatın azaldılması ilə bağlı razılaşmanı daha 9 ay müddətinə uzadıb. Bundan başqa, OPEK-in sıralarının genişlənməsi kartelə inamı artırıb.
Müddətin uzadılması qiymətlərin sabitləşməsi, bazarda qeyri-müəyyənliyin aradan götürülməsi deməkdir. Bu, həm də "qara qızıl"ın qiymətini 60 dollaradək yüksəldə bilər.
OXŞAR XƏBƏRLƏR
17:40
530
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
14:05
571
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
17:52
1322
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
15:07
1107
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
14:42
1064
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
11:32
595