Zbiqnev Bzejinski öldü

Tanınmış ABŞ politoloqu Zbiqnev Bzejinski 89 yaşında vəfat edib.

 

APA TV-nin məlumatına görə, bu barədə "Fox News" xəbər verib.

 

Zbiqnev Bzejinski 1977-1981-ci illərdə Cimmi Karterin administrasiyasında milli təhlükəsizlik məsələləri üzrə müşavir vəzifəsində çalışıb.

 

Son illər ABŞ  Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS - Centre of Strategic and International Studies) müşaviri, İdarə Heyətinin üzvü və Məşvərət Şurasının həmsədri olub. 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR