Pirallahıda narkomanlar dəstəsi tutuldu
35 yaşlı Ruslan Əhliman oğlu Novruzov narkotik alverçisidir. Xeyli müddətdir narkotik vasitələrin alqı-satqısı və istifadəsi ilə məşğul olur.
APA TV-nin xəbərinə görə, Pirallahı Rayon Polis İdarəsinin əməkdaşlarına bu şəxsin evində istənilən növdə narkotik xassəli bitkiləri satması barədə əməliyyat məlumatı daxil olub.
Keçirilən əməliyyat tədbirləri nəticəsində onunla bərabər narkotik bəlasına düşən daha üç nəfər saxlanılıb.
Saxlanılanlar arasında ən gəncinin 23 yaşı var. Kompüter proqramı ustası işləyən İskəndərov Elman Vadimoviç bəşəriyyətin ən qorxulu bəlası olan narkomaniya burulğanında 3-4 aydır var-gəl edir. Dediyinə görə, qazandığı pulların böyük bir hissəsi narkotiklərə gedirmiş. Elman hesab edir ki, düşünülmüş şəkildə narkotik vasitələrdən istifadə edənlər sağlam adam deyillər: "Mən sizi tam başa sala bilmərəm, amma narkotik istifadə edənlər anormal insanlardır. Bu 100 faiz belədir".
Qeyd edək ki, Elman Vadimoviçdən başqa saxlanılan şəxslərin hər biri əvvəllər dəfələrlə məhkumluq həyatı yaşayıb.
OXŞAR XƏBƏRLƏR
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi