Misirdə xristianlara hücum: 28 ölü

Misirin Əl-Minya əyalətində silahlı şəxslər monastıra gedən xristianları gülləbaran edib. APA TV-nin məlumatına görə, hadisə nəticəsində 28 nəfər ölüb, 20-dən çox adam yaralanıb.

 

Maskalı şəxslər iki avtobus və yük maşınında gedən xristianlara atəş açıb. İlkin məlumata görə, silahlı qrup 10 nəfərdən ibarət olub. Hərbi geyimli silahlılar əvvəlcə nəqliyyat vasitələrini dayandırmaq üçün təkərlərinə atəş açıblar. Daha sonra onlar avtobuslar və yük maşınında olan dindarları güllələyiblər.

 

Misir parlamentinin deputatı Maqdi Malyak bildirib ki, xristianların marşrutu əvvəlcədən məlum idi və onlara edilən hücum planlaşdırılmış aksiyadır.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR