Liviyada şiddətli döyüşlər: 28 ölü, 130 yaralı
Liviyanın Tripoli şəhərində baş verən silahlı toqquşmalar nəticəsində 28 nəfər ölüb, 130 nəfər yaralanıb. APA TV xəbər verir ki, bu barədə Liviya Səhiyyə Nazirliyinin yaydığı açıqlamada bildirilir. Bundan əvvəl şiddətli döyüşlər nəticəsində 13 nəfərin öldüyü, 80 nəfərin yaralandığını bildirilirdi.
2011-ci ildə Müəmmər Qəddafinin devrilməsindən sonra Liviyada ikihakimiyyətlilik hökm sürür. Ümumxalq səsvermə nəticəsində seçilmiş parlament ölkənin şərqindəki Tobruk şəhərində, Faez Sərracın rəhbərliyi ilə Milli Barışıq Hökuməti isə Tripolidə yerləşir. Tobrukdakı hökumət həmçinin general Xəlifə Xaftarın ordusu ilə birgə radikal islamçılara qarşı mübarizə aparır.
OXŞAR XƏBƏRLƏR
17:40
548
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
14:05
588
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
17:52
1340
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
15:07
1110
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
14:42
1067
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi
11:32
598