Liberman Trampın vəzifə təklifini qəbul etmədi
ABŞ-ın sabiq senatoru və ABŞ Demokratlar Partiyasından vitse-prezident postuna sabiq namizəd 75 yaşlı Co Liberman Federal Təhqiqatlar Bürosunun rəhbəri vəzifəsindən imtina edib.
APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi məlumatına görə, prezident Donald Trampın adına ünvanladığı məktubda Co Liberman FTB rəhbəri postunda çalışmasının maraqların münaqişəsinə səbəb olacağından ehtiyatlandığını bildirib. Belə ki, Liberman "Trampın Rusiya ilə əlaqələri" işi çərçivəsində prezidentin müqavilə bağladığı vəkilin şirkətində çalışdığını qeyd edib.
Qeyd edək ki, Donald Tramp bundan əvvəl Co Libermanın FTB rəhbəri postuna real namizəd olduğunu açıqlayıb.
Tramp daha əvvəl FTB direktoru Ceyms Komini vəzifəsindən azad edib. Prezident qərarını Kominin səlahiyyətlərini icra edə bilməməsi ilə əlaqələndirib.
OXŞAR XƏBƏRLƏR
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi