Dünya liderləri mafiya adasında toplandı: İTALİYA SƏRHƏDLƏRİ BAĞLANDI

İtaliyanın Siciliya adasında "Böyük yeddilik"in sammiti start götürüb. APA TV-nin "Euronews"a istinadən məlumatına görə, zirvə toplantısı adanın Taormina şəhərində keçirilir.

ABŞ prezidenti Donald Tramp bu görüşdə ilk dəfədir iştirak edir. Həmçinin Fransanın yeni prezidenti Emmanuel Makron, Britaniya baş naziri Tereza Mey və onun italiyalı həmkarı Paolo Centilone üçün də bu, ilkdir.

Gündəlikdə təhlükəsizlik, beynəlxalq ticarətin inkişafı, iqlim dəyişikliyi, miqrasiya böhranı, Afrika ölkələrinə yardım məsələləri dayanır.

 

Sammit iştirakçılarının Qərb-Rusiya münasibətlərini də müzakirə edəcəyi şübhəsizdir. Bundan başqa terrorçuluğa qarşı mübarizənin gücləndirilməsi də aparıcı mövzulardandır.

İş gününün əvvəlində qonaqlar birgə şəhəri gəzib. Gəzinti günəşli hava ilə müşayiət olunub. Çimərliklərdə demək olar ki insanlar olmayıb.

Taorminada ciddi təhlükəsizlik tədbirləri görülüb.

İtaliya sərhədlərinə giriş müvəqqəti məhdudlaşdırılıb.

 

Müəllif | Apa.Tv
Ayşən Əhməd

OXŞAR XƏBƏRLƏR