240 ədəd saxta 100-lüyü satmaq istədi - ƏSL PULDAN SEÇİLMİR
Azərbaycanda saxta pul alverçisi tutulub.
DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Cəlilabad rayonunun Şıxlar kənd sakini Səfa Qaraşovun saxta pul əsginaslarının satışı ilə məşğul olduğu barədə əməliyyat məlumatı daxil olub.
Keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində S.Qaraşov 240 ədəd saxta 100 manatlıq əsginası satmaq istəyən zaman cinayət başında saxlanılıb.
Saxlanılan şəxs cinayətini etiraf edib: "500 manata almışdım 240 ədədini. Satmaq istəyərkən polislər məni tutdu".
Onun üzərindən və yaşadığı mənzildən qeyd edilən miqdarda saxta pul əsginasları və iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar aşkarlanaraq götürülüb.
Ekspert rəyi ilə müəyyən edilib ki, aşkar edilən saxta əsginaslar həqiqi pul vəsaitlərindən çətinliklə seçilir.
OXŞAR XƏBƏRLƏR
Prezidentdən sosial şəbəkələrlə bağlı mühüm fərman
Pakistan səfirliyində Kəşmir İstismar Günü ilə bağlı tədbir keçirildi
Avqustun 15-dən metro sərnişinlərini nə gözləyir? - 11 aylıq tikinti başlayır
Ceyhun Bayramovdan Ermənistanla sülh prosesi ilə bağlı MÜHÜM AÇIQLAMA
Bir sıra rayona yeni icra hakimiyyəti başçıları təyin edildi