Avtobusda cibgirlik edən narkomanı sərnişinlər yaxaladı

Bakıda avtobusda sərnişinin cibindən oğurluq edən şəxs saxlanılıb.

 

APA TV-nin xəbərinə görə, Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində hərəkətdə olan 107 saylı xətt avtobusunda olan sərnişin Sultan Tağıyev cibindən pulunun çıxarılmasından duyuq düşür.

 

Yaranmış sıxlıqdan istifadə edərək onun cibindən 587 manatını oğurlayan Fəxrəddin Məlikovu digər sərnişinlər tez müəyyən edirlər. Avtobusda yaranan səs-küyə görə sürücü maşını saxlayır: "Avtobusda kişinin cibindən pulu çıxartdım. Gördüm duyuq düşdü. Tez atdım yerə. Axtarış zamanı üstümdən narkotik çıxdı. Öz malımdır, xəstəyəm".  

 

Qeyd edək ki, üzərinə baxış zamanı 0,766 qram heroin də aşkar edilən Məlikov əvvəllər eyni əmələ görə bir neçə dəfə məhkumluq həyatı yaşayıb.

 

 

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR